logo

Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək

18:14 23-07-2019 | icon 2408
Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək

Bu ilin oktyabrında Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) 3-cü Baş Assambleyasının keçirilməsi nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) YeniAvropa -ya bildirilib ki, tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 56 ölkənin, eləcə də qeyri-üzv dövlətlərin nümayəndələri iştirak edəcək. Ümumilikdə, 70-dək ölkənin təmsil olunacağı tədbirdə Azərbaycandakı əlverişli biznes mühiti, o cümlədən ölkəmizdə kiçik və orta biznesin inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə görülən tədbirlər barədə məlumat veriləcək, Azərbaycana xarici investisiyaların cəlb olunması məqsədilə yerli və xarici investorlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.

ICYEN-in Bakıda təşkilinə dair iyulun 23-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzi və İƏGF Baş Qərargahı arasında əməkdaşlığa dair üçtərəfli protokol imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və İƏGF-in baş direktoru Rəsul Ömərov imzalayıblar.