logo

"Bakı-Tbilisi" aviareysinin hərəkət cədvəlinə dəyişiklik edilib

15:51 23-07-2019 | icon 2674
"Bakı-Tbilisi" aviareysinin hərəkət cədvəlinə dəyişiklik edilib

Azərbaycanın aşağı büdcəli aviaşirkəti "Buta Airways" Gürcüstanın hava məkanından istifadənin məhdudlaşdırılması ilə əlaqədar olaraq "Bakı-Tbilisi" aviareysinin hərəkət cədvəlinə dəyişiklik edib.

YeniAvropa xəbər verir  ki, bu barədə aviaşirkətdən bildirilib. 

Məlumatda qeyd edilib ki,  gələn ay bəzi uçuşlar aşağıda göstərilən qrafikə uyğun olaraq həyata keçiriləcək.

3-9 avqust (yerli vaxtla):

J2 9223 (Bakı-Tbilisi) – Uçuş: 11:10, Enmə: 12:20
J2 9224 (Tbilisi-Bakı) – Uçuş: 13:20, Enmə: 14:30

3-5 avqust (yerli vaxtla):
J2 9225 (Bakı-Tbilisi) – Uçuş: 23:10, Enmə: 00:20