logo

Britaniyanın türk əsilli yeni baş naziri

15:20 23-07-2019 | icon 3024
Britaniyanın türk əsilli yeni baş naziri

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin seçkilərində Boris Conson qələbə qazanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  "BBC" telekanalı məlumat yayıb.

Beləliklə, Böyük Britaniyada sabiq baş nazir Tereza Meyi bu postda Boris Conson əvəz edəcək.

Yeni baş nazirin əsas hədəfi oktyabrın 31-də Britaniyanı Avropa İttifaqından tam çıxarmaq üçün hazırda davam edən hüquqi prosedurları yekunlaşdırmaqdır.  

Qeyd edək ki, B. Conson səslərin 66 faizini toplayaraq öz rəqibini qabaqlayıb. Onunla birlikdə Baş nazir və Mühafizəkarlar partiyasının sədri vəzifələri uğrunda hazırkı xarici işlər naziri Ceremi Hunt da mübarizə aparıb. 

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey bu ilin may ayında istefa verib.

Boris Conson London şəhərinin meri (2008-2016) və Böyük Britaniyanın xarici işlər naziri (2016-2018) vəzifələrində çalışıb. Consun Osmanlı Dövləti dönəmində yazıçı və jurnalist olmuş Əli Kamalın nəvəsi Stanley Johnsonun oğludur.