logo

Litva və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır

21:33 22-07-2019 | icon 2366
Litva və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Görüşdə tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.Səfir Valdas Lastauskas diplomatik fəaliyyətinin və bu istiqamətdəki təşəbbüslərin həyata keçirilməsi üçün göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə, parlamentlər arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib.Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.Nazir Elmar Məmmədyarov səfir Valdas Lastauskasın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında daha sonra bildirilib ki, bu gün nazir Elmar Məmmədyarov həmçinin diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ilə də görüşüb.Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və bu xüsusda təşəkkürünü bildirib.

Elmar Məmmədyarov Nassar İbrahim Məhəmməd Əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.