logo

 Şəhriyar Riqa “Grand Prix 2019”də bu gün final qarşılaşmasına çıxır

13:59 22-07-2019 | icon 3122
 Şəhriyar Riqa “Grand Prix 2019”də bu gün final qarşılaşmasına çıxır

İyulun 22-də Riqada FIDE və “World Chess” şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov finalda fransalı Maksim Vaşe-Laqravla qarşılaşacaq.

Ş.Məmmədyarov yarımfinal çərçivəsində keçirilən hər iki partiyada amerikalı Uesli Sonu məğlub edərək finala vəsiqə qazanıb. Təmsilçimiz səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pri yarışında göstərilən nəticələrə görə, şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə, ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.