logo

İranda 17 ABŞ casusu məhkum olunub

13:10 22-07-2019 | icon 2737
İranda 17 ABŞ casusu məhkum olunub

İranda 17 nəfər ABŞ-ın lehinə casusluq ittihamı ilə məhkum olunub. 

YeniAvropa xəbər verir  ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Bildirilib ki, Tehran məhkəməsində onların bir neçəsi barəsində edam hökmü çıxarılıb.

Agentliyin İranın İnformasiya Nazirliyinə istinadla yaydığı xəbərdə deyilir ki, casuslar İranın mühüm obyektləri ilə bağlı informasiyalar toplayıblar. Nazirliyin məlumatına görə, müttəhimlər Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsində xüsusi hazırlıq keçiblər. Qeyd olunub ki, İranın xüsusi kəşfiyyatı bu şəxsləri ötən il həbs edib.