logo

İlham Əliyev qəzetlərə 1 milyon manat maliyyə yardımı ayırdı

12:51 22-07-2019 | icon 2604
İlham Əliyev qəzetlərə 1 milyon manat maliyyə yardımı ayırdı

Prezident İlham Əliyev iyulun 22-də Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: 

"Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılsın".