logo

Beynəlxalq Atom Enerjisi Agentliyin rəhbəri vəfat edib

11:12 22-07-2019 | icon 2702
Beynəlxalq Atom Enerjisi Agentliyin rəhbəri vəfat edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano vəfat edib.

YeniAvropa xəbər verir  ki, bu haqda "BBC" telekanalı məlumat yayıb. Bildirilib ki,  agentliyin rəhbərinin ölümü ilə bağlı xəbər üzv ölkələrə göndərilib. Yaponiyalı diplomat iki il əvvəl dörd illiyinə - 2021-ci il noyabrın 30-dək yenidən BAEA-nın sədri seçilmişdi. Lakin ötən həftə onun xəstəliyi səbəbindən səlahiyyətlərini gələ ilin martında tamamlayacağı bildirilmişdi. Yukiya Amanonun səhhəti ötən ilin sentyabrında agentliyin mənzil-qərargahının yerləşdiyi Avstriyada keçirilən konfransdan sonra kəskin şəkildə pisləşmişdi. Lakin yapon diplomat vəzifələrini icrasını davam etdirib.