logo

Zelenskinin partiyası Ali Radaya seçkilərdə liderdir

22:30 21-07-2019 | icon 2905
Zelenskinin partiyası Ali Radaya seçkilərdə liderdir

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə əsasən, prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçicilərin 43,9 faizinin səsini toplayıb.

İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” qərarlaşıb, onlar seçicilərin 11,5 faizi səsini qazanıblar. Üçüncü sırada Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” 8,9 faiz, Yuliya Timoşenkonun “Batkivşina” partiyası 7,6 faiz, ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası 6,3 faiz yer alıblar.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.

Hazırda parlamentdəki 1 deputat yeri uğrunda 14 namizəd mübarizə aparır. Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar parlanemdə deputat mandatı əldə edə biləcəklər. Səsvermədən əvvəl yerli təşkilatların apardığı sorğuya əsasən,Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası  50%-dən çox səs toplayacaq. İlkin proqnozlara görə Zelenskinin partiyası seçkilərdə 225 mandat qazanaraq parlamentdə əksəriyyət təşkil edəcək və hökuməti təkbaşına formalaşdıra biləcək.