logo

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

20:42 21-07-2019 | icon 3822
Sumqayıtda mənzildən qadın meyiti tapıldı

Sumqayıt şəhərində mənzildən qadın meyiti tapılıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda qeyd edilib. Bildirilib ki,  Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1951-ci il təvəllüdlü Kazımova Zöhrə Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.