logo

Azərbaycan-Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb

17:40 21-07-2019 | icon 2541
Azərbaycan-Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb

Cari ilin altı ayı ərzində Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 106 milyon ABŞ dolları ötüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 96 milyon 064 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 9 milyon 971 min dollar təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.