logo

Azərbaycan-Ukrayna ticarət dövriyyəsi0,5 milyard dollara çatır

11:34 21-07-2019 | icon 2667
Azərbaycan-Ukrayna ticarət dövriyyəsi0,5 milyard dollara çatır

Bu ilin birinci yarım ilində Azərbaycanla Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 410 milyon dolları keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 milyon dollar çoxdur.

YeniAvropa xəbər verir  ki, bu barədə Ukrayna Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, ilk 6 ayda Azərbaycandan Ukraynaya 186,6 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 215,9 milyon dollar təşkil edib.

Xatırladaq ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.