logo

Ukraynada nöbədənkənar parlament seçkiləri keçirilir

10:15 21-07-2019 | icon 2744
Ukraynada nöbədənkənar parlament seçkiləri keçirilir

Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.

YeniAvropa ölkə mətbuatına istinadla xəbər verir  ki,  yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində üç dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.

Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.

Hazırda parlamentdəki deputat yerləri uğrunda 14 namizəd mübarizə aparır. Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar parlanemdə deputat mandatı əldə edə biləcəklər. Yerli təşkilatların apardığı sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (7,7 faiz), Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası gəlir. İlk beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,9 faiz) tamamlayır. İlkin proqnozlara görə Zelenskinin partiyası seçkilərdə 225 mandat qazanaraq parlamentdə əksəriyyət təşkil edəcək və hökuməti təkbaşına formalaşdıra biləcək.