logo

“British Airways”  Misirə uçuşları dayandırdı

23:37 20-07-2019 | icon 2842
“British Airways”  Misirə uçuşları dayandırdı

Böyük Britaniyanın “British Airways” aviaşirkəti təhlükəsizlik məqsədilə Qahirəyə uçuşları bir həftə müddətinə təxirə salıb.

YeniAvropa "BBC"nin ərəb xidmətinə istinadla xəbər verir ki, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi ilə əlaqədardır.

Qeyd edilir ki, Qahirə Hava Limanının rəhbərliyi “British Airways” aviaşirkətinin uçuşları dayandırılması barədə xəbərdarlıq almayıb.

Hazırda məsələ aviaşirkətin Qahirədəki nümayəndəliyinin rəhbəri ilə aydınlaşdırılır.