logo

İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

23:11 20-07-2019 | icon 2814
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

İyulun 20-də İstanbulda keçirilən irimiqyaslı əməliyyat zamanı həbs cəzası qüvvəyə minmiş və axtarışda olan 217 cinayətkar saxlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 673 polis əməkdaşının cəlb olunduğu əməliyyat zamanı 561 ünvanda axtarış aparılıb.

Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.