logo

İlham Əliyev Belçika kralını təbrik edib

15:08 20-07-2019 | icon 2576
İlham Əliyev Belçika kralını təbrik edib

Prezident İlham Əliyev Belçika kralı Filipə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Əlahəzrət,

Belçikanın milli bayramı münasibətilə Sizi və bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram".