logo

Ölkəyə kondisioner idxalı 1,9 dəfə artıb

12:30 20-07-2019 | icon 2569
Ölkəyə kondisioner idxalı 1,9 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

 YeniAvropa  Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən dövrdə ölkəyə 94 min 238 kondisioner idxal edilib. Ölkəyə gətirilmiş kondisionerlərin dəyəri isə 22 milyon 361,9 min ABŞ dolları olub.

Beş ayda 29 milyon 743,2 min dollarlıq 1953 ədəd hesablama maşını, blok və qurğusu idxal olunub. Bundan başqa, qeyd olunan dövrdə 72 min 153 paltaryuyan maşın idxal edilib. Bu idxalın dəyəri 14 milyon 522,8 min dollar təşkil edib.