logo

Bu gün Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı sükut günüdür

10:48 20-07-2019 | icon 2961
Bu gün Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı sükut günüdür

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün ölkədə sükut günüdür.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ukraynanın seçki qanunvericiliyinə görə, sükut günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar, sorğuların nəticələrinin dərci qadağan olunur.

Xatırladaq ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.