İlham Əliyev Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrasını təsdiqləyib
Prezident İlham Əliyev iyulun 19-da "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası haqqında" sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası, gəlirlər 17 614 128,0 min manat, xərclər 11 455 597,5 min manat və ya Fondun 2018-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 115,0%, xərclər üzrə 99,8% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:
Sıra №-si |
Göstəricilər |
min manatla |
Gəlirlər, cəmi |
17 614 128,0 |
|
|
o cümlədən: |
|
1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərclərini çıxmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
16 645 569,3 |
2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədikləri akrhesabı ödənişlər |
4 146,3 |
3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
18 103,1 |
4. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədikləri bonuslar (mükafatlar) |
765 228,1 |
5. |
Digər gəlirlər və daxilolmalar |
20,0 |
6. |
Dövlət Neft Fondunun valyuta aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlər |
181 061,2 |
Xərclər, cəmi |
11 455 597,5 |
|
|
o cümlədən: |
|
1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
199 979,3 |
2. |
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfert |
10 959 000,0 |
3. |
Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
89 999,2 |
4. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
176 128,0 |
5. |
2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi |
7 235,7 |
6. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
23 255,3 |
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq