logo

Cüdoçumuz açıq Asiya kuboku yarışında gümüş medal qazanıb

18:48 19-07-2019 | icon 2877
Cüdoçumuz açıq Asiya kuboku yarışında gümüş medal qazanıb

Qazaxıstanın Aktau şəhərində keçirilən açıq Asiya kuboku yarışında cüdoçumuz Şahin Qəhrəmanov gümüş medal qazanıb.

YeniAvropa xəbər verir  ki,  100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü finaladək uğurla irəliləsə də, həlledici mərhələdə koreyalı Jinsu Kangın öhdəsindən gələ bilməyib və ikinci yerlə kifayətlənib.

Daha əvvəl təmsilçimiz Yaşar Nəcəfov (60 kq) yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.

Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparıb.