logo

Gürcüstan Azərbaycandan 27 milyon dollar dəyərində elektrik enerjisi alıb

18:11 19-07-2019 | icon 2821
Gürcüstan Azərbaycandan 27 milyon dollar dəyərində elektrik enerjisi alıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 26 milyon 711,4 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesabatında məlumat verilib.

Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri illik müqayisədə 153,8 min dollar və 0,5 faiz azdır. Belə ki, ötən ilin eyni dövründə isə Azərbaycandan Gürcüstana 26 milyon 865,2 min dollar dəyərində elektrik enerjisi satılıb.