logo

Bakıda Belçikanın müstəqillik günü qeyd edilib

17:55 19-07-2019 | icon 2905
Bakıda Belçikanın müstəqillik günü qeyd edilib
Bakıda Belçika Krallığının müstəqillik gününə həsr olunan ziyafət təşkil edilib.
 YeniAvropa xəbər verir  ki, Belçikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən rəsmi qəbulda bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları , ictimaiyyət  və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Belçikanın Azərbaycandakı səfiri Bert Skufs iyulun 21-də ölkəsinin müstəqilliyik əldə etməsinin 189-cu, kral Filipin tax-taca çıxmasının isə 6-cı ildönümünün qeyd ediləcəyini vurğulayıb. Bu ilin 13 may tarixində Kral Filipin prezident İlham Əliyevi Brüsseldəki Kral Sarayında qəbul etidyini xatırladan səfir deyib ki, ən yüksək səviyyədə və çoxsaylı qonaqların iştirakı, təşəbbüslərin isə ifadə edildiyi abu-havada baş verən bu görüş iki ölkə arasında ikitərəfli münasibətlərin əla vəziyyətdə olmasından xəbər verirdi.  
 
Onun sözlərinə görə, Belçika və Azərbaycan nəinki rəsmi görüşlər baxımından, həmçinin, ticarət, enerji, xalqlararası təmas sahəsində bir-birini tamamlayan və qarşılıqlı etibar qazanmış əməkdaşlıq var: “2017-ci ilin noyabrında səfirlik Belçikada təhsil alan azərbaycanlı məzunlar şəbəkəsini yaradıb. O vaxtdan etibarən bizə məlum olub ki, 50-dən çox azərbaycanlı tələbə Belçika universitetlərində təhsil alıb və ahzırda onlardan 30-u bu günkü tədbirdə iştirak edir. Növbəti həftdə Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyini vurğulayan B.Skufs qeyd edib ki, 50 ölkədən gələcək 3 mindən çox idmançı 10 idman növü üzrə mübarizə aparacaq: “Bu tədbirin yaranması ideyası ilk dəfə Beynəlxalq Olimpiya Komitəsinin fəxri sədri Belçika əsilli Jak Roqqedən gəlib və bu qəbildən olan ilk festival 1991-ci ildə Brüsseldə keçirilib. Bu oyunlarda Belçikadan 100-dən çox idmançı və onları müşayət edən işçi heyəti Azərbaycana gələcək”. 
 
Azərbaycan hökuməti adından bayram münasibəti ilə Belçika xalqını təbrik edən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdınbəyov deyib ki, Belçika Azərbaycanın müstəqilliyini 1991-ci il 31 dekabrda tanıyıb, diplomatik münasibətlər 1992-ci il iyunun 17-də qurulub. O zamandan etibarən ölkələrimiz arasında münasibətlər inkişaf edib. İkitərəfli siyasi dialoq, iqtisadi, ticari, mədəni əlaqlərdə əməkdaşlıq genişlənib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin TŞ-nən qətnamələrində təsbit edilən Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq aləmdə tanınan sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həlli ilə əlaqədar ölkəmiz Belçikanın bizə göstərdiyi davamı dəstəyi yüksək qiymətləndirir”. F.Abdınbəyov deyib ki, ölkələrimiz arasındakı iqtisadi, ticari və mədəni münasibətlər daha da inkişaf etdiyi üçün böyük potensiala malikdir.  Azərbaycan və Belçika arasındakı mövcud olan dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirən F.Abdınbəyov əlavə edib ki, bu, gələcəkdə xalqllarımızın  rifahına qulluq göstərəcək.