logo

Tokayev Qazaxıstanın Azərbaycandakı səfirini geri çağırdı

16:10 19-07-2019 | icon 2611
Tokayev Qazaxıstanın Azərbaycandakı səfirini geri çağırdı
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb.
 YeniAvropa xəbər verir  ki, bu haqda  Qazaxıstan зrezidentinin saytı xəbər yayıb.
 
Bildirilir ki, Beybit İsabayev dövlət başçısının imzaladığı müvafiq fərmanla Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub. O, bu postda Kayrat Nurqeyisovu əvəz edəcək. 
 
Xatırladaq ki, Beybit İsabayev 16 mart 2015-ci ildən Azərbaycanda səfir vəzifəsində çalışır. Bundan öncə isə o, Qazaxıstanın Qırğızıstan, Pakistan və Türkiyədə səfiri olub.