logo

İstanbul hava limanında xeyli sayda silah-sursat ələ keçirilib

13:10 19-07-2019 | icon 2667
İstanbul hava limanında xeyli sayda silah-sursat ələ keçirilib

İstanbulun hava limanında ABŞ-dan Türkiyəyə gələn Liviya vətəndaşının çantasından 80 ədəd silah və xeyli sayda silah hissələri aşkarlanaraq götürülüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyənin Ticarət Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs və onun üzərindən götürülənlər aidiyyəti qurumlara təhvil verilib.

Türkiyəyə qanunsuz yollarla gətirilən silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə ölkənin polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.