logo

Gəncədə 33 min abonentin qaz təchizatı dayandırıldı

09:51 19-07-2019 | icon 2709
Gəncədə 33 min abonentin qaz təchizatı dayandırıldı

Bu gün saat 09:00-dan etibarən Gəncə şəhərinin bir hissəsində 33 min abonentin qaz təchizatı dayandırılıb.YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu, “Gəncə 2” və “Avtozavod” orta təzyiqli qaz xətlərində aşkar olunan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır.

Abonentlərin qazla təchizatı axşam saat 18:00-dək bərpa olunacaq.