logo

Pivə daşıyan maşın su kanalına düşdü

21:22 18-07-2019 | icon 3892
Pivə daşıyan maşın su kanalına düşdü

İmişli rayonunda yük maşını su kanalına düşüb.

 YeniAvropa xəbər verir  ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

Belə ki, sürücü yük maşınını yol kənarında saxlayıb və avtomobildən enib. Avtomobil yolun eniş hissəsində olduğu üçün hərəkətə başlayıb və yol kənarındakı su kanalına düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib, pivə çəlləkləri kanala düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb."Report"