logo

Səfirlik İran-Ermənistan hərbi əməkdaşlığını təkzib etdi

17:18 18-07-2019 | icon 2541
Səfirlik İran-Ermənistan hərbi əməkdaşlığını təkzib etdi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, son günlər Azərbaycan Respublikasının bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır və Səfirlik bu kimi xəbərləri təkzib edir.

YeniAvropa xəbər verir  ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvinin adından bu gün yayılan bəyanatda bildirilir. 

"İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir",-deyə bəyanatda Seyid Əli Musəvi vurğulayıb.

Xatırladaq ki, ötən gün bir qrup Musavat partiyasının fəalları Bakıda İran səfirliyi qarşısında piketi keçirməyə cəhd ediblər. Səbəb isə İran-Ermənistan hərbi əməkdaşlığı barədə yayılan şaiyələrə etiraz etmək olub. 

Polis əməkdaşları piket keçirmək cəhdinin qarşısını alıblar, bununla belə, fəallar "İçərişəhər" metro stansiyasının yanında siyasi şüarlar səsləndiriblər.