logo

İlham Əliyev Aİ Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

15:30 18-07-2019 | icon 2324
İlham Əliyev Aİ Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

Prezident İlham Əliyev  iyulun 18-də Avropa İttifaqı Şurasının yeni seçilmiş prezidenti Şarl Mişelə təbrik məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

“Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”. 

Prezident İlham Əliyev bu gün həmçinin Avropa Komissiyasının yeni seçilmiş prezidenti Ursula Fon der Lyayenə də təbrik məktubu ünvanlayıb. Məktubda deyilir;

"Hörmətli xanım Fon der Lyayen,

Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".