logo

Rumıniyanın sabiq xarici işlər naziri NATO baş katibinin müavini təyin edilib

15:15 18-07-2019 | icon 2751
Rumıniyanın sabiq xarici işlər naziri NATO baş katibinin müavini təyin edilib

Şimali Atlantika Alyansının rəhbəri Yens Stoltenberq tərəfindən NATO-nun Baş katibinin müavini vəzifəsinə yeni təyinat olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu vəzifəyə Rumıniyanın sabiq xarici işlər naziri Mirça Coana təyin edilib.

Xatırladaq ki, Mirça Coana 2009-cu ildə Rumıniya prezidenti seçkilərində namizəd olub və Trayan Basesku ilə mübarizədə uduzub. O, 2005-2010-cu illərdə Rumıniya Sosial Demokrat Partiyasının sədri vəzifəsini icra edib. M.Coana Rumıniyanın ABŞ-dakı səfiri və xarici işlər naziri vəzifələrini də icra edib.