logo

Milli ordunun generalı öldürüldü

11:10 18-07-2019 | icon 2751
Milli ordunun generalı öldürüldü

Əfqanıstanın Milli Ordusunun generalı radikal "Taliban" hərəkatının silahlıları tərəfindən öldürülüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Əfqanıstan Müdafiə Nazirliyi faktı  təsdiqləyib. Nazirlikdən verilən məlumata görə, general Əbdül Mübin Müdctəb Qəzni vilayətinin alayına komandanlıq edib. O, Qəzni və Qəndəhar vilayətləri arasındakı postu yoxlayarkən qətlə yetirilib.

Hücumda "Taliban" hərəkatının iki əsgəri iştirak edib. Onlardan biri öldürülüb, digəri isə yaralanıb.