logo

Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu, tıxac yarandı

10:53 18-07-2019 | icon 3920
Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu, tıxac yarandı

Bakı-Sumqayıt yolunda zəncirvari avtoqəza olub.

YeniAvropa xəbər verir  ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub.

Hazırda həmin yolda böyük tıxac var.

("Report")