logo

“Qarabağ” “Partizani”ni məğlub edərək növbəti mərhələyə yüksəldi

22:53 17-07-2019 | icon 5607
“Qarabağ” “Partizani”ni məğlub edərək növbəti mərhələyə yüksəldi

İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” oyunu Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

YeniAvropa xəbər verir  ki, “Dalğa Arena”da baş tutan görüşün birinci hissəsi 0:0 hesabı ilə başa çatıb. Görüşün ikinci hissəsində 51-ci dəqiqədə Filip Ozoviç, 93-cü dəqiqədə isə yeni meydana daxil olan Dani Kintana  adlarını tabloya yazıblar. Bu  iki qol “Qarabağ”ın avrokuboklarda vurduğu 100-cü qol olub. Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıb. 

Xatırladaq ki, Tiranada keçirilən ilk qarşılaşmada hesab açılmayıb. 

Qeyd edək ki, “Qarabağ” komandası növbəti mərhələdə “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. “Partizani” avrokuboklarda mübarizəsini dayandırmır. Albaniya təmsilçisi UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.