logo

“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

15:30 17-07-2019 | icon 2821
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti abunəçilər tərəfindən “Facebook” üzərindən göndərilən müraciətlərin effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb. 

YeniAvropa xəbər verir  ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib. 

Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən beynəlxalq “Socialbakers” şirkəti bu ilin ikinci rübündə daxil olan sorğuların “Bakcell” tərəfindən 100 faizi cavablandırdığını qeyd edib. Qeyd edək ki, “Bakcell” cari ilin ilk rübündə də ən yüksək nəticə göstərərək “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell” şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100 faizini cavablandıraraq ən yüksək nəticəyə nail olur.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.