logo

Cari ildə 12 milyard kVt/saatadək elektrik enerjisi istehsal edilib

12:15 17-07-2019 | icon 2492
Cari ildə 12 milyard kVt/saatadək elektrik enerjisi istehsal edilib

Yarım ildə Azərbaycanda 11 milyard 967,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 11 milyard 549,1 milyon kilovat/saat elektrik enerjisi alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, həmin həcmin 10 milyard 611,3 milyon kilovat/saatı istilik, 859 milyon kilovat/saatı su, 21,1 milyon kilovat/saatı günəş, 57,7 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.