logo

“Huawei” İtaliyaya 3,1 milyard avro sərmayə yatıracaq

19:10 16-07-2019 | icon 2765
“Huawei” İtaliyaya 3,1 milyard avro sərmayə yatıracaq

Çinin nəhəng telekommunikasiya şirkəti “Huawei” qarşıdakı 3 ildə İtaliyaya 3,1 milyard avro sərmayə yatırmaqla 1000-dək iş yeri yaratmaq niyyətindədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə şirkətin İtaliyadakı nümayəndəliyinin rəhbəri Tomas Miao bildirib.

“İtaliyada "Golden Power" 5G texnologiyasının tətbiqi üçün şəffaf, səmərəli və ədalətli qaydalar məqsədəuyğundur. Hazırda bu, yalnız qeyri-Avropa tədarükçülərinə aiddir. Lakin bu, hər kəsə yönəldilməlidir. Çünki texnologiya neytraldır və geosiyasi məsələlərlə əlaqəli deyil”, - deyə o, bildirib.