logo

Əfqanıstan Azərbaycana 1,5 milyon dollar investisiyalar yatırıb

14:57 16-07-2019 | icon 2632
Əfqanıstan Azərbaycana 1,5 milyon dollar investisiyalar yatırıb

Azərbaycanda sənaye, nəqliyyat və xidmət sahələri üzrə 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iyulun 16-da Bakıda keçirilən Azərbaycan-Əfqanıstan İşçi Qrupunun iclasında deyib.

S.Məmmədov bildirib ki, bu günədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb.

“Ölkələrimiz arasında inşaat materiallarının istehsalı, tikinti, rabitə, nəqliyyat, avtomobil yollarının çəkilişi, elektrik enerjisinin istehsalı, meliorasiya, kənd təsərrüfatı, meyvə-tərəvəz məhsullarının qablaşdırılması və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilə bilər”, - deyə o qeyd edib.