logo

Ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

12:50 16-07-2019 | icon 2723
Ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 18 min 740 olub.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya  verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 101-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 16 min 965-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitələri, 1593-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 81-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.