logo

Gürcüstanın Azərbaycana 7,26 milyon dollar borcu var

19:15 15-07-2019 | icon 2716
Gürcüstanın Azərbaycana 7,26 milyon dollar borcu var

Cari il iyulun 1-nə Gürcüstanın 5 milyard 438,04 milyon ABŞ dolları xarici borcu olub. Bu da aylıq müqayisədə 70,9 milyon dollar azdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, borcun 5 milyard 229,5 milyon dolları hökumətin payına düşür.

Hesabat dövründə Gürcüstanın Azərbaycana borcu da azalıb. İyulun 1-nə qonşu ölkənin Azərbaycana borcu aylıq müqayisədə 166 min dollar azalaraq 7 milyon 269 min dollar təşkil edib.

Gürcüstanın ən çox borcu Almaniyayadır (317,04 milyon dollar). Siyahıda 241,01 milyon dollarla ikinci yerdə Fransa, 218,84 milyon dollarla Yaponiya isə üçüncü sırada qərarlaşıb.