logo

“Qarabağ” mərakeşli müdafiəçini heyətinə qatdı

17:59 15-07-2019 | icon 2926
“Qarabağ” mərakeşli müdafiəçini heyətinə qatdı

İyulun 15-də Ağdamın “Qarabağ” futbol klubu yay transfer pəncərəsində daha bir futbolçunu heyətinə cəlb edib.

YeniAvropa xəbər verir  ki, bu barədə klubun “Facebook” səhifəsində məlumat yerləşdirilib. Bildirilib ki, Ağdam təmsilçisi mərakeşli müdafiəçi Faysal Rerras ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bundan əvvəl Fransanın üçüncü liqasında çıxış edən “Bezye” klubunda forma geyinib.

Belçikada doğulan futbolçu karyerası ərzində bu ölkənin “Vize”, “Sent-Trüden” və “Mexelen”, eləcə də, “Hart of Midlotian” və “Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində bir oyun keçirib.

Xatırladaq ki, “Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silvanı və ispaniyalı hücumçu Xayme Romeronu da heyətinə qatıb.

İyulun 17-də “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Dalğa Arena”da cavab görüşünə çıxacaq. Ağdamlılar Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaqlar. Həmin görüş 21:00-da başlayacaq.

Bu komandaların Tiranadakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.