logo

Xalq artisti Yalçın Rzazadənin müalicəsi Türkiyədə davam edəcək

12:10 15-07-2019 | icon 13734
Xalq artisti Yalçın Rzazadənin müalicəsi Türkiyədə davam edəcək

Səhhətində ciddi problemlər yaranan xalq artisti,  sevilən müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə KİV-ə  xalq artistinin oğlu Yusif Rzazadə məlumat verib.

Onun sözlərinə görə,  atası Türkiyədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək.

"Hazırda müayinələr bitib və atamın müalicəsi davam etdirilir",-deyə o bildirib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.