logo

Nazim Babayev Avropa çempionatında ikinci olub

09:10 15-07-2019 | icon 3031
Nazim Babayev Avropa çempionatında ikinci olub

İyunun 14-də Nazim Babayev İsveçin Qalve şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında üç təkanla tullanmada gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından YeniAvropa -ya bildiriblər ki, yarışda üç təkanla N.Babayev 17.03 metr uzununa tullanıb və nəticədə ikinci olub. Çempionatda qızıl medalı Türkiyə atleti Necati Ər qazanıb (17.37 m).

Xatırladaq ki, N.Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadada üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə qalib olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. N.Babayev birinci dəfə Çinin Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb.