logo

Yaşayış binasının zirzəmisində “Nissan”  yandı

21:47 14-07-2019 | icon 4088
Yaşayış binasının zirzəmisində “Nissan”  yandı

Bakıda yaşayış binasının zirzəmisində “Nissan” avtomobili yanıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında “Nissan" markalı minik avtomobilinin 2 ədəd təkəri, mühərrik və salon hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin güzgüsü əriyib.

Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.