logo

Fransa müstəqilliyinin 230-сu ildönümünü möhtəşəm hərbi paradla qeyd edir

11:55 14-07-2019 | icon 3248
Fransa müstəqilliyinin 230-сu ildönümünü möhtəşəm hərbi paradla qeyd edir

Bu gün Fransanın müstəqilliyinin 230-сu ildönümüdür.  1789-cu il iyulun 14-də Bastiliyanın alınması ilə başlayan Böyük Fransa inqilabı sonradan nəinki bu ölkədə, eləcə  də Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb oldu. Belə ki, o dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan ciddi siyası-sosial dəyişiliklər baş verdi.

 YeniAvropa xəbər verir  ki, bu gün Fransanın müstəqillik günü münasibətlə Parisdə möhtəşəm hərbi parad təşkil olunub. Fransa prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Andela Merkel , digər siyasi xadimlər hərbi paradı izləyənlər sırasındadır. 

Hərbi parad Fransa prezidenti administrasiyasının rəsmi Facebook səhifəsindən canlı olaraq yayımlanır:  

https://www.facebook.com/pg/elysee.fr/videos/?ref=page_internal