logo

Əl-Küveyt-Bakı aviareysi fəaliyyətə başlayır

14:31 13-07-2019 | icon 2737
Əl-Küveyt-Bakı aviareysi fəaliyyətə başlayır

“Kuwait Airways” aviaşirkəti avqustun 1-dən etibarən  əl-Küveyt-Bakı-əl-Küveyt mövsümi reyslərinə başlayır.

YeniAvropa xəbər verir  ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, reyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bir istiqamət üzrə aviabiletlərin qiyməti 285 manatdan başlayır.

Uçuşlar “Airbus A320-100/200” təyyarələri ilə yerinə yetiriləcək.