logo

Qara dənizdə “Briz 2019” hərbi-dəniz təlimləri başlayıb

20:37 12-07-2019 | icon 7140
Qara dənizdə “Briz 2019” hərbi-dəniz təlimləri başlayıb

Qara dənizdə, Bolqarıstanın Varna şəhəri sahillərində “Briz 2019” hərbi-dəniz təlimləri başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, təlimlərə NATO-nun üzvü olan 12 ölkədən - Bolqarıstan, Albaniya, Belçika, İngiltərə, Yunanıstan, İtaliya, Kanada, Polşa, Rumıniya, ABŞ, Fransa və Türkiyədən 2257 hərbçi, eləcə də 27 gəmi, 5 təyyarə və 6 helikopter cəlb edilib.

Hərbi təlimlərə iyulun 21-də yekun vurulacaq.