logo

“Səbail”in Avroliqada debütü uğursuz oldu

22:38 11-07-2019 | icon 3017
“Səbail”in Avroliqada debütü uğursuz oldu

İyulun 11-də Bakının “Səbail” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyunda “Bayıl Arena”da Rumıniyanın “Universitatea” komandası ilə qarşılaşıb.

 YeniAvropa xəbər verir ki, paytaxt təmsilçisi doğma meydanda 2:3 hesabı ilə uduzub. Bakılıların heyətində Ağabala Ramazanov 33-cü və 82-ci dəqiqələrdə fərqlənib.

Komandalar arasındakı cavab görüşü bir həftə sonra oynanılacaq.

Bu cütlüyün qalibi  “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.