logo

Rusiya şirkəti yeni Bakı-Sankt-Peterburq aviareyslərinə başlayır

13:28 11-07-2019 | icon 2653
Rusiya şirkəti yeni Bakı-Sankt-Peterburq aviareyslərinə başlayır

Rusiyanın “Smartavia” aviaşirkəti (aviaşirkətin ticarət markası “Nordavia”) iyulun 25-dən Bakı-Sankt-Peterburq-Bakı birbaşa reyslərinə başlayır.

YeniAvropa  aviaşirkətin saytına istinadla xəbər verir ki, bir istiqamət üzrə aviabiletlərin qiyməti 8830 rubldan (təxminən 235-237 manat) başlayır. Uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri “Boeing 737-700” təyyarələri ilə yerinə yetiriləcək.