logo

Fransa şirkətləri Azərbaycana 2,2 milyard dollar investisiya yatırıb

12:31 11-07-2019 | icon 2667
Fransa şirkətləri Azərbaycana 2,2 milyard dollar investisiya yatırıb

İndiyədək Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycan isə bu ölkəyə 2,6 milyard dollar investisiya yatırıb.

 YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 11-də Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.

“Ölkəmizdə 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransa şirkətləri ölkə büdcəsindən həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib”, - deyə nazir bildirib.