logo

MDB səhiyyə  nazirləri Aşqabadda görüşəcəklər

11:28 11-07-2019 | icon 2744
MDB səhiyyə  nazirləri Aşqabadda görüşəcəklər

İyulun 19-20-də Aşqabadda MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

 YeniAvropa  MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, müvafiq sənədlərin layihələrinin hazırlanması üçün Şuranın nəzdində daimi əsasda beş işçi orqan fəaliyyət göstərir: Dərman vasitələrinin, tibbi təyinatlı məhsulların və tibbi texnikanın standartlaşdırılması, qeydiyyatı və onların keyfiyyətinə nəzarət üzrə Dövlətlərarası Komissiya; Sanitar-epidemioloji normalaşdırma üzrə Dövlətlərarası Komissiya; İİÇV/QİÇS, vərəm və malyariya problemləri üzrə Əlaqələndirmə Şurası; Xüsusilə təhlükəli infeksion xəstəliklərin MDB üzvü olan ölkələrin ərazisinə gətirilməsindən və yayılmasından sanitar-mühafizə problemləri üzrə Əlaqələndirmə Şurası; Tibbi profilaktikanın təşkili və səhiyyənin inkişafı məsələləri üzrə Əlaqələndirmə Şurası.

İclasda səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir.

Qeyd edək ki, səhiyyə sahəsində Əməkdaşlıq Şurası 1992-ci ilin iyun ayında yaradılıb. Şura Dünya Səhiyyə Təşkilatı (DST), BMT-nin İİÇV/QİÇS üzrə Birgə Proqramı (UNAIDS), Dünya Səhiyyə Assambleyası və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə əlaqə saxlayır.