logo

Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilir

11:12 11-07-2019 | icon 2835
Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilir

İyulun 11-də Bakıda Azərbaycan-Fransa biznes forumu öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki,  tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev və Fransa Sahibkarlar Təşkilatı(MEDEF) Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö , eləcə də hər iki ölkədən olan yüzdən artıq sahibkarlar iştirak edirlər. 

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev cari ilin ilk 5 ayında Azərbaycanla Fransanın ticarət dövriyyəsi 53 faiz artdığını deyib.

Nazir həmçinin qeyd edib ki, Fransanın Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşür.